Bank Of Baku

Zelenski: Trampın iyulun 4-dək müharibəni bitirmək istəyinin tərəfdarıyam

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 24 fevral 2026 23:05 (UTC +04:00)

“Trampın bu il iyulun 4-dək Ukraynadakı müharibəni bitirmək istədiyi barədə məlumat mənim üçün yenidir. Amma əgər bu doğrudursa, mən tamamilə bunun tərəfdarıyam”.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Skandinaviya və Baltikyanı ölkələr sammiti zamanı deyib.

“Ukrayna həmişə ABŞ-ın müharibəni mümkün qədər tez bitirmək istəyini dəstəkləyir. 4 iyul tarixinə, ABŞ və ya Prezident Trampın müharibəni bitirmək istəməsinə gəlincə, mən bunu yalnız ABŞ Prezidenti desə dəstəkləyə bilərəm. Bu, mənim üçün yeni məlumatdır”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR