Bank Of Baku

Zelenski Trampla müzakirələrin təfərrüatlarını açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 13 fevral 2025 13:16 (UTC +04:00)

“Mənim Donald Trampa əhatəli söhbətim oldu. Sülhün əldə olunmasından, eləcə də birgə fəaliyyətə hazır olmağımızdan və pilotsuz uçuş aparatları və digər müasir texnologiyalar da daxil olmaqla, Ukraynanın texniki imkanlarından danışdıq. Mən Prezident Donald Trampa göstərdiyi marağa görə təşəkkür edirəm”.

APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent ilə apardığı müzakirələri, habelə iqtisadi əməkdaşlığa dair məsələləri də müzakirə edib:

“Donald Tramp da Putinlə söhbətinin təfərrüatlarını mənimlə bölüşdü. Ukrayna qədər heç kim sülh istəyə bilməz. ABŞ Rusiyanın aqressiyasını dayandırmaq, habelə dayanıqlı və etibarlı sülhün təminatı üçün ilə birlikdə növbəti addımların atılmasına başlayırıq. Biz eyni zamanda gələcəkdə də təmasları davam etdirmək və qarşıdakı görüşlərimizi planlaşdırmaq barədə razılığa gəldik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR