Ukrayna “Patriot” zenit-raket kompleksləri və raketlər ala bilmir.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Estoniya prezidenti Alar Karislə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, Ukrayan “Patriot” sistemlərini almaq üçün növbədədir.
"Patriot"suz bunu etmək bizim üçün çətin olacaq. Məqsədimiz hədəfləri 100%-ni vurmaqdır. Bu, həqiqətən də iddialı hədəfdir, "Patriot" növbəsinə görə çox çətindir", -deyə o bildirib.
Zelenski əlavə edib ki, “Patriot” sistemlərinin Kiyevə ötürülməsi üzrə Avropa “koalisiyası” formalaşmanın ilkin mərhələsindədir.
Ukrayna prezidenti onun yaradılması təşəbbüsünü iyunun 1-də Avropa Siyasi Birliyinin sammitində irəli sürüb.