Bank Of Baku

Zelenski: Ukrayna qalib gəlməsə, Rusiyanın bütün qonşuları təhlükə altında qalacaq

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 21 avqust 2023 12:08 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Ukrayna Rusiyanın təcavüzünə qarşı çıxmasa, Rusiyanın bütün qonşuları təhlükə altında qalacaq.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski Danimarka Parlamentində çıxışında deyib.

O bildirib ki, Ukrayna şəhərləri, kəndləri Rusiyanın hücumlarına, zərbələrinə məruz qalır. "Onlar (Rusiya- red.) açıq şəkildə deyirlər ki, Ukrayna kifayət deyil, bizim ölkəmizdən sonra onlar bu ağrı-acıları Avropaya və dünyaya yayacaqlar. Mən əminəm ki, siz bu təhdidləri Moskvadan eşidirsiniz. Ukrayna qalib gəlməsə Rusiyanın bütün qonşuları təhlükə altındadır. Demokratiyalar Rusiyanın hədəfi olacaq, bu ölkələr ya raket hücumları, ya da muzdlu əsgərlərlə təhdid olunacaq, bu ölkələrdə qeyri-stabillik yaradılacaq.

Lakin mən bir daha vurğulayıram ki, Ukrayna qalib gələcək və istəyirəm ki, siz bunu görəsiniz, eşidəsiniz və hiss edəsiniz", - Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR