Bank Of Baku

Zelenski Ukraynada dövlət xərclərinin təcili auditinin aparılacağını bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 23 iyul 2025 21:18 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə dövlət xərclərinin təcili auditinin aparılacağını bəyan edib.

APA xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında yayımladığı videomüraciətində məlumat verib.

"Bu gün mən bürokratik prosedurların azaldılması və dövlət xərclərinin dərhal auditinin aparılması ilə bağlı fərman imzaladım", – deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, hökemətdən auditin nəticələrinin bir ay ərzində təqdim olunması tələb olunur.

Prezident əlavə edib ki, Ukraynanın müdafiəsinə mümkün qədər çox dövlət vəsaiti yönəldilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR