Bank Of Baku

Zelenski Ukraynanın müdafiə ehtiyacları barədə Sunakı məlumatlandırıb

Zelenski Ukraynanın müdafiə ehtiyacları barədə Sunakı məlumatlandırıb
# 14 aprel 2023 17:01 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter" hesabında bildirib.

Telefon danışığı zamanı Ukrayna Prezidenti Zelenski cəbhədəki vəziyyət, ölkənin müdafiə ehtiyacları barədə Böyük Britaniyanın hökumət başçısını məlumatlandırıb, tərəflər planlaşdırılan beynəlxalq tədbirləri müzakirə ediblər.

"Ukrayna əsgərinin qeyri-insani edamını pislədiyi üçün Britaniya Baş nazirinə təşəkkür etdim. Biz birlikdə təcavüzkarı dayandırmalı və terrora son qoymalıyıq", - Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR