Rusiyanın törətdiyi raket terrorunu dayandırmaq üçün Ukraynaya hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri lazımdır.
APA-nın məlumatına görə, bunu prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya növbəti kütləvi raket hücumunu şərh edərkən deyib.
Axşam videomüraciətində dövlət başçısı vurğulayıb ki, raket hücumu nəticəsində biri uşaq olmaqla 11 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.