Bank Of Baku

Zelenskinin Ofisi: Qərb Ukraynaya vəd olunan silah-sursat təchizatını gecikdirir

Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak

© APA | Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak

# 24 yanvar 2025 14:02 (UTC +04:00)

“Qərb Kiyevə vəd olunan silah-sursat təchizatını gecikdirir. Bizə silahların yalnız üç həftə sonra göndəriləcəyini deyirlər, amma üç ay sonra belə vəziyyət dəyişmir”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak yerli “24-cü kanal”ın efirində deyib.

O bildirib ki, Qərbin səfərbərlik yaşını 18-dək endirilməsi yönündəki çağırışları öz günahını gizlətmək məqsədi daşıyır:

“Bizdə silah çatışmazlığı var. Sizcə, onlar niyə səfərbərlik yaşının 18-ə endirilməsini təklif edir? Gəlin açıq danışaq. Bu təklif silah təchizatının gecikdirilməsinə görə ümumi məsuliyyətin bir hissəsini üzərindən atmağa yönəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR