Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin işğal altındakı Abxaziya regionundakı separatçı “parlament”in Suxumi hava limanını Rusiyaya vermək qərarını pisləyib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Salome Zurabişvili bu barədə Tvitter paylaşımında qeyd edib.
“Mən müvəqqəti işğal altındakı Abxaziyanın “parlamenti”nin strateji lokasiyanı – Suxumi hava limanını Rusiyaya nəql etmək qərarını şiddətlə qınayır və buna etiraz edirəm”, - Prezident qeyd edib.