Bank Of Baku

Zurabişvilinin Strasburq səfərinin təxirə salınmasının səbəbi açıqlanıb - YENİLƏNİB

Zurabişvilinin Strasburq səfərinin təxirə salınmasının səbəbi açıqlanıb - YENİLƏNİB
# 13 aprel 2023 20:35 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Strasburq səfərinin təxirə salınmasının səbəbi açıqlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Administrasiya bunun səbəbini Gürcüstan hökumətinin səfərə icazə verilməsini süni şəkildə uzatması ilə əlaqələndirib.

Qeyd edək ki, Salome Zurabişvili aprelin 18-də Strasburqa səfər edərək Avropa Parlamentində çıxış etməli idi.

***

Saat 19:38

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Strasburqa səfəri təxirə salınıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Bildirilib ki, Prezident Salome Zurabişvilinin Avropa Parlamentində çıxış məqsədilə aprelin 18-nə planlaşdırılan səfəri təxirə salınıb.

Səfərin təxirə salınmasının səbəbi açıqlanmayıb. Salome Zurabişvili Strasburqa səfəri ilə bağlı Gürcüstan parlamentində çıxışı zamanı məlumat vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR