Avstraliya Qəzzaya yardım üçün BMT-yə 6 milyon dollar göndərəcək

Avstraliya Qəzzaya yardım üçün BMT-yə 6 milyon dollar göndərəcək
# 15 mart 2024 08:45 (UTC +04:00)

Avstraliya Qəzza zolağına yardımı artırmaq məqsədilə BMT strukturlarına 6 milyon dollar həcmində əlavə vəsait və fələstinlilərə humanitar yardımın havadan çatdırılmasına kömək etmək üçün 140 hərbi paraşüt göndərəcək.

APA xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Penni Vonq bildirib.

O, Avstraliyanın İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin Qəzza zolağında mülki şəxslərə humanitar yardım çatdırmaq səylərini dəstəkləyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR