Avstraliyada balıqçı qayığı çevirilib, ölən və itkin düşənlər var

Avstraliyada balıqçı qayığı çevirilib, ölən və itkin düşənlər var
# 26 mart 2024 07:07 (UTC +04:00)

Avstraliyanın cənub sahillərində balıqçı qayığı çevirilib.

APA xəbər verir ki, bu barədə Cənubi Avstraliya əyalət polisinin məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.

Port Linkoln sahil zolağında axtarış-xilasetmə əməliyyatı aparılır.

Qayıq gecə saatlarında çevirilmiş vəziyyətdə tapılıb.

Beş ekipaj üzvündən iksi xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR