Əlcəzairdə helikopter qəzası zamanı 3 nəfər ölüb

Əlcəzairdə helikopter qəzası zamanı 3 nəfər ölüb
# 24 yanvar 2023 01:08 (UTC +04:00)

Əlcəzairin şimalında Ayn-Defla əyalətinin El Attaf rayonunda orduya məxsus “Mi-171” helikopteri qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Algeria Press Service” məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində biri polkovnik olmaqla, üç hərbçi həlak olub.

Helikopterin planlı təlim uçuşu həyata keçirdiyi qeyd edilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR