Nigeriyada quldurların hücumu nəticəsində azı 30 nəfər ölüb

Nigeriyada quldurların hücumu nəticəsində azı 30 nəfər ölüb
# 05 iyun 2023 16:59 (UTC +04:00)

Nigeriyanın şimal-qərbində azı 30 nəfər quldurlar tərəfindən öldürülüb.

APA AFP-yə istinadən xəbər verir ki, iyunun 3-də 20 motosikletdən ibarət quldur dəstəsi Tanqaza rayonundan altı kəndə hücum edib.

Onların məqsədi talançılıq olub.

Yerli sakinlər hücum nəticəsində 36 nəfərin öldüyünü vurğulayıblar.

Nigeriyanın “Punch” qəzeti isə quldurların Sokoto ştatındakı altı kənddə 50 nəfəri, qonşu Zamfara ştatındakı iki kənddə isə 31 nəfəri öldürdüklərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR