BMT “taxıl müqaviləsi”nin tam hüquqlu işini bərpa etmək üçün səy göstərir

BMT “taxıl müqaviləsi”nin tam hüquqlu işini bərpa etmək üçün səy göstərir
# 27 may 2023 02:29 (UTC +04:00)

Ukraynanın Qara dəniz limanlarından taxıl və gübrələrin təhlükəsiz ixracına imkan verən sövdələşmə hələ tam şəkildə işini bərpa etməyib.

APA-nın məlumatına görə, bu barədə BMT-nin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.

Bəyanatda deyilir ki, BMT və Türkiyə “tammiqyaslı əməliyyatları bərpa etmək və əməliyyatlara mane olan və təşəbbüsün əhatə dairəsini məhdudlaşdıran bütün maneələri aradan qaldırmaq üçün qalan tərəflərlə sıx əməkdaşlıq edir”.

Reuters agentliyinin məlumatına görə, Odessanın Yujnı limanı aprelin 29-dan bütün gəmilər üçün bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR