90 milyon il öncə yaşayan dinozavrın qalıqları aşkar edilib

90 milyon il öncə yaşayan dinozavrın qalıqları aşkar edilib
# 29 iyun 2019 05:32 (UTC +04:00)

Braziliyada 90 milyon il öncə yaşayan dinozavrın qalıqları aşkar edilib.

APA "amerikanınsesi"nə istinadən xəbər verir ki, Parana ştatında tapılan qalıqlar 1.5 metr uzunluqdadır. Rəsmilərin bildirdiyinə görə, bu, ikiayaqlı ətyeyən dinozavr olub.

Fossilin ayaqları və unikal caynaqları onun növünün müəyyən edilməsinə yardım edib.

Tədqiqatçılar bu növ dinozavrların Braziliyanın bir zamanlar səhralıq olan şimal-qərb bölgəsində çoxaldığına inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR