ABŞ Suriyadakı əməliyyatlara dəstək üçün Türkiyəyə hərbi sursat verə bilər

ABŞ Suriyadakı əməliyyatlara dəstək üçün Türkiyəyə hərbi sursat verə bilər
  • Clock-gray 08:33
  • calendar-gray 04 Mart 2020

Rəsmi Vaşinqton Akaranın İdlibdəki hərəkətlərinə dəstək olaraq Türkiyəyə silah-sursat və humanitar yardım verməyə hazırdır.

APA “Daily Sabah”a istinadən xəbər verir ki, bu fikirləri hazırda Türkiyədə səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri səsləndirib.

“Türkiyə NATO müttəfiqidir. Qüvvələrinin çoxu Amerika texnikasından istifadə edir. Avadanlıqların hazır olduğuna əmin olduğumuzda bundan istifadə edəcəklər”, - Ceffri belə deyib.

Bundan əlavə, qəzetin yazdığına görə, ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild keçirdiyi brifinqdə bildirib ki, Vaşinqton hava hücumundan müdafiə sistemləri ilə bağlı Ankaranın sorğusunu araşdırır. Devid Satterfild, həmçinin deyib ki, Türkiyənin havadan müdafiə sistemləri ilə bağlı istəyi, “Patriot” məsələsi “S-400”-dən xaric dəyərləndirilə bilər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft, Ceyms Cefri və Devid Satterfild ötən gün günorta saatlarında Hataya gedərək BMT tərəfindən Suriya qaçqınlarına edilən humanitar yardımları və bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Ceyms Ceffri jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Türkiyə ordusu bölgədə atəşkəsi təmin etməyə, insanların yaşadıqları fəlakətin qarşısını almağa çalışır: “Türkiyə NATO-dan və ABŞ-dan dəstək istəyib. Türkiyə ABŞ-ın ən böyük müştərilərindən biridir. Tramp da buna dəstək verib”.

Kelli Kraft isə deyib ki, iyul ayında BMT-də Suriya ilə sərhəddə keçidlərin təmin olunması, humanitar yardımlar zamanı sərhədlərin açıq tutulması məsələləri müzakirə ediləcək.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər