ABŞ-da atışma zamanı 2 nəfər ölüb

ABŞ-da atışma zamanı 2 nəfər ölüb
# 29 mart 2021 01:26 (UTC +04:00)

ABŞ-ın Merilend ştatının Esseks şəhərindəki mağazaların birində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində azı iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Fox News” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.

Məlumata görə, daxil olmuş zəng əsasında mağazaya gələn polis hadisə yerində iki nəfərin cəsədini aşkar edib, daha bir nəfər yaralanıb.

Bir qədər sonra yaxınlıqdakı bir yaşayış kompleksində daha bir atışma səsi eşidilib. Telekanalın məlumatına görə, naməlum şəxs odlu silahla özünü vurub. O, xəstəxanaya çatdırılıb.

Polis hələlik hər iki hadisənin bir-biri ilə əlaqəli olduğunu təsdiqləməyib. Yaralı kişinin daha əvvəl mağazada atəş açması barədə də məlumat yoxdur. Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR