ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin İkinci Dünya müharibəsində verdiyi itkiləri ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin İkinci Dünya müharibəsində verdiyi itkiləri ötüb
# 11 dekabr 2020 15:11 (UTC +04:00)

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölən xəstələrin sayı ölkənin İkinci Dünya müharibəsində verdiyi itkilərin sayını ötüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə veretanların işi ilə məşğul olan nazirlik məlumat velib.

Belə ki, İkinci Dünya müharibəsindəki döyüşlər zamanı 291 557 nəfər amerikalı həlak olub. Cons Hopkins adına Universitetin məlumatına görə isə, dekabrın 10-da yeni növ koronavirusdan ölənlərin sayı 292 141 nəfərə çatıb.

Təkcə çərşənbə günü ABŞ-da 3124 nəfər koronavirusdan ölüb. Bu da 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktında və 1941-ci il dekabrın 7-də Perl-Harbora hücum zamanı ölənlərdən çoxdur. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktında 2.9 min, 1941-ci il dekabrın 7-də Perl-Harbora hücum zamanı isə 2.4 min nəfər həlak olmuşdu.

Universitetin məlumatına görə, ABŞ-da 15.6 milyondan çox koronavirus xəstəsi qeydə alınıb, onlarıdan 5.9 milyonu sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR