ABŞ-da üç yaşlı uşaq koronavirus səbəbindən insult keçirib

ABŞ-da üç yaşlı uşaq koronavirus səbəbindən insult keçirib
  • Clock-gray 02:46
  • calendar-gray 27 Dekabr 2020

ABŞ-da üç yaşlı Kolt Perris koronavirusa yoluxma səbəbindən insult keçirib.

APA xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb.

Kiçik Kolt Perrisin valideynləri qəfildən körpənin nitqinin pozulduğunu və sağ əlini istifadə edə bilmədiyini görüblər və ciddi narahatlıq keçiriblər.

Bildirilir ki, uşaqdan koronavirus üçün test götürülüb və nəticə pozitiv olub. Ancaq ayıq-sayıq olan həkimlər uşaqda nəyinsə qaydasında olmadığını görüblər və Koltu onda antikorun aşkar edildiyi tibb mərkəzinə göndəriblər. Əlavə müayinə nəticəsində uşağın beynində oksigen çatışmazlığından qaynaqlanan insult nəticəsində yaranmış qan laxtası aşkar ediblər.

Körpəni əməliyyat edən həkim Kamillo Qomez bildirib ki, uşaqda insult, böyük ehtimalla, koronavirus infeksiyasından qaynaqlanıb. Həkim onu da bildirib ki, COVID-19 xəstələrində qan laxtalanmasına meyillilik yüksək olur.

Uşağın beynindəki qan laxtası əməliyyat yolu ilə götürülüb. Balaca Kolt sonrakı müalicə üçün Missuri Universitetinin Qadın və uşaq xəstəlikləri klinikasına göndərilib.

Həkimlər, həmçinin uşaqlarına koronavirus diaqnozu qoyulmuş valideynlərə müraciət edərək, infeksiya zamanı yarana biləcək nitq pozuntusu və ya yeriməklə bağlı problemlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq da ediblər.

Sərxan Kamallı

Digər xəbərlər