Amerikalı senator: "ABŞ İranın raket zərbələrinə cavab tədbirlərinə hazırlaşır"

Amerikalı senator: "ABŞ İranın raket zərbələrinə cavab tədbirlərinə hazırlaşır"
  • Clock-gray 05:25
  • calendar-gray 08 Yanvar 2020

ABŞ İranın hücumuna cavab tədbirləri görmək etmək üçün vəziyyəti tam qiymətləndirilməsi”ni aparır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Marko Rubio deyib.

“Mənə İraq ərazisindəki koalisiya qüvvələrinin yerləşdiyi iki bazaya İran İslam İnqilabı Keşikçiləri Korpusunun birbaşa hücumları barədə məlumat verilib. Müvafiq cavab tədbirlərini müəyyənləşdirmək üçün vəziyyətin tam qiymətləndirilməsi davam edir”, - deyə Rubio “Twitter” səhifəsində yazıb.

apa-logo-mini

Digər xəbərlər