Paşha Bank
Bank Of Baku

Qlobal fond bazarlarında eniş davam edib

Qlobal fond bazarlarında eniş davam edib
# 30 sentyabr 2026 08:09 (UTC +04:00)

Qlobal fond bazarlarında əsas indekslər üzrə əsasən mənfi dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 131,59 bənd və ya 0,26% azalaraq 51 349,92 bəndə, “S&P 500” indeksi 12,85 bənd və ya 0,17% geriləyərək 7 670,84 bəndə, “Nasdaq Composite” indeksi isə 22,84 bənd və ya 0,09% azalaraq 26 797,54 bəndə düşüb. “NYSE Composite” 0,20% azalaraq 23 709,60 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,08% geriləyərək 35 460,27 bənd təşkil edib.

Avropada qarışıq dinamika müşahidə olunub. “Euro Stoxx 50” 0,30% artaraq 6 320,26 bəndə, Almaniyanın “DAX” indeksi 0,10% yüksələrək 25 399,21 bəndə çatıb. Böyük Britaniyanın “FTSE 100” indeksi 0,45% azalaraq 10 636,71 bəndə, Fransanın “CAC 40” indeksi 0,53% geriləyərək 8 035,87 bəndə, İspaniyanın “IBEX 35” indeksi isə 0,42% azalaraq 19 517,50 bəndə düşüb.

Asiya-Sakit okean regionunda əsasən müsbət dinamika qeydə alınıb. Yaponiyanın “Nikkei 225” indeksi 1,59% artaraq 66 522,35 bəndə, “TOPIX” 1,52% yüksələrək 4 102,54 bəndə çatıb. Çinin “CSI 300” indeksi 0,15% artaraq 4 351,88 bənd, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,87% yüksələrək 8 784,70 bənd olub. Honq-Konqun “Hang Seng” indeksi 0,11% azalaraq 24 497,66 bəndə düşüb.

Bazarlardakı dinamikanın əsas səbəblərindən biri qlobal istiqraz gəlirliliyinin yüksək səviyyədə qalması olub. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ən yüksək səviyyələrə yaxınlaşıb və bu, xüsusilə ABŞ və Avropa səhmlərinə təzyiq göstərib. ABŞ-da istehlakçı etimadının sentyabrda 12 ildən çox müddətin minimumuna düşməsi də investor əhvalına mənfi təsir edib.

Bununla yanaşı, Nyu-York FED-in prezidenti Con Uilyamsın əlavə faiz artımına tələsməyə ehtiyac olmadığını bildirməsindən sonra bazarın FED-in oktyabrda yenidən faiz artıracağına dair gözləntisi təxminən 70%-dən 50%-ə düşüb. Avropada yüksək istiqraz gəlirliliyi indeksləri məhdudlaşdırsa da, texnologiya səhmlərində artım müəyyən dəstək verib. Çində isə hökumətin iqtisadiyyata əlavə dəstək verəcəyinə dair açıqlamalar səhmləri dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR