Bayden Meksika ilə sərhəddə inşa edilən divarın maliyyələşdirilməsini dayandırıb

Bayden Meksika ilə sərhəddə inşa edilən divarın maliyyələşdirilməsini dayandırıb
# 12 fevral 2021 01:24 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Donald Trampın dönəmində Meksika ilə sərhəddə inşa edilən divarın maliyyələşdirilməsinə ayrılmış maliyyə vəsaitinin dayandırılması ilə bağlı əmr imzalayıb.

APA xəbər verir ki, bu barədə ABŞ liderinin Konqresə göndərdiyi sənəddə öz əksini tapıb.

Bayden sözügedən divarla bağlı maliyyənin xərclənməsinin "yersiz" olduğunu vurğulayıb.

Bununla bağlı, eyni zamanda Trampın 2019-cu ildə cənub sərhədində elan etdiyi fövqəladə vəziyyət də ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR