Bill Qeyts: “İnsanların sağalması üçün daha çox dozada COVID-19 peyvəndinə ehtiyacı ola bilər”

Bill Qeyts: “İnsanların sağalması üçün daha çox dozada COVID-19 peyvəndinə ehtiyacı ola bilər”
  • Clock-gray 08:20
  • calendar-gray 23 İyul 2020

“İnsanların koronavirusdan sağalması üçün daha çox dozada COVID-19 peyvəndinə ehtiyacı ola bilər”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “CBS News”a açıqlamasında “Microsoft”un qurucusu Bill Qeyts bildirib.

Onun sözlərinə görə, bir insanın koronavirusdan sağlaması üçün bir deyil, iki doza peyvənd qəbul etməsi lazım olacaq: “Bu anda vaksinlərin heç birinin bir doza ilə müsbət təsirindən danışmaq düzgün olmaz. Əvvəllər buna ümid edilirdi”.

"Yalnız iki dəfəyə doza qəbulu ilə müalicənin effektiv olacağına ümid edirik. Yaşlı insanlara bəzən iki dəfədən də çox doza lazım olacaq", - deyə “Microsoft” rəhbəri əlavə edib.

Qeyd edək ki, Bill Qeytsin rəhbərlik etdiyi “Bill & Melinda Geyts” Fondu koronavirus əleyhinə peyvəndin hazırlanması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 300 milyon dollar ayırıb.

ÜST-nin ikinci ən böyük donoru olan bu fond 2018-2019-cu illərdə öz büdcəsinin 9,76% -ni səhiyyə qurumuna köçürüb. 

Rəşad Sarıyev

Digər xəbərlər