Braziliyada güclü sel nəticəsində 4 nəfər ölüb, yüzlərlə insan təxliyə edilib

Braziliyada güclü sel nəticəsində 4 nəfər ölüb, yüzlərlə insan təxliyə edilib
# 12 fevral 2020 04:21 (UTC +04:00)

Braziliyanın cənub-şərqində yerləşən San-Paulu əyalətində güclü yağan yağış sel və daşqınlara səbəb olub.

APA xəbər verir ki, Regional Yanğından Mühafizə İdarəsinin “Twitter” səhifəsində qeyd edilib ki, güclü sel nəticəsində 4 nəfər ölüb.

Juliu-Meskita və Botukatu bələdiyyələrinin ərazisində 2 nəfər ölüb.

Kapivara çayının yaxınlığında isə 2 qadının cəsədi tapılıb.

Qeyd edilib ki, 100-dən çox insanın məskunlaşdığı evlərin tavanı uçub. 500-dən çox insan təxliyə edilib.

Hazırda daşqından ən çox ziyan görən şəhərlərdən biri olan Ozaskada xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR