Braziliyada koronavirusa sutkalıq yoluxma sayında yenidən artım olub

Braziliyada koronavirusa sutkalıq yoluxma sayında yenidən artım olub
  • Clock-gray 05:19
  • calendar-gray 10 Sentyabr 2020

Braziliyada son sutka ərzində daha 35 816 nəfərin koronavirus infeksiyasına yoluxması, 1075 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 197 889 nəfər yoluxub. Bu müddət ərzində 128 539 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 453 336 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər