Braziliyada koronavirusdan ölüm sayı 166 mini ötüb

Braziliyada koronavirusdan ölüm sayı 166 mini ötüb
# 17 noyabr 2020 07:46 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 13 371 nəfərin koronavirus infeksiyasına yoluxması, 216 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 876 464 nəfər yoluxub. Bu müddət ərzində 166 014 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 322 406 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR