Braziliyada qaradərilinin öldürülməsi nəticəsində etirazlar başlayıb - VİDEO

Braziliyada qaradərilinin öldürülməsi nəticəsində etirazlar başlayıb - VİDEO
# 21 noyabr 2020 23:37 (UTC +04:00)

Braziliyanın San-Paulo şəhərində yerləşən Fransa şəbəkəsinə aid “Carrefour” ticarət mərkəzində 40 yaşlı qaradərili alıcı mühafizəçilər tərəfindən döyülərək öldürülüb.

APA yerli “Diario de Pernambuco” nəşrinə istinadən xəbər verir ki, qaradərilinin öldürülməsindən sonra “Black Lives Matter” hərəkatının üzvləri ticarət mərkəzinə hücum ediblər.

Sosial şəbəkələrdə yayımlanan videolarda etirazçılar tərəfindən dükanların talan edilərək yandırıldığı əksini tapıb.

Hadisənin əks-sədası Kuritibe və Porto Aleqre şəhərlərində yaşanıb. Burada "Vidas pretas importam" hərəkatının üzvləri analoji addım atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR