Braziliyada son sutkada 1151 nəfər koronavirusdan ölüb

Braziliyada son sutkada 1151 nəfər koronavirusdan ölüb
# 16 yanvar 2021 08:13 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 69 198 nəfərin koronavirus infeksiyasına yoluxması, 1151 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 393 492 nəfər yoluxub. Bu müddət ərzində 208 246 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 361 379 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR