Co Bayden: “Yaxşı ki, Tramp andiçmə mərasimində iştirak etməyəcək”

Co Bayden: “Yaxşı ki, Tramp andiçmə mərasimində iştirak etməyəcək”
# 09 yanvar 2021 11:45 (UTC +04:00)

ABŞ-in yeni seçilmiş prezidenti Co Bayden hazırkı prezident Donald Trampın onun andiçmə mərasimində iştirak etməməsini yaxşı hal kimi qiymətləndirib.

APA-nın xəbərinə görə, bu barədə CNBC məlumat yayıb.

“Yaxşı ki, o, andiçmə mərasimində iştirak etməyəcək”, - deyə C. Bayden vurğulayıb.

C. Bayden qeyd edib ki, D. Tramp ABŞ tarixində ən səriştəsiz prezidentlərdən biridir.

Qeyd edək ki, D. Tramp C. Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, D. Tramp ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR