İlon Mask, Bill Qeyts və Ceff Bezosun "Twitter" hesablarını sındıran hakerlər 55 min dollar qazanıb

İlon Mask, Bill Qeyts və Ceff Bezosun "Twitter" hesablarını sındıran hakerlər 55 min dollar qazanıb
# 16 iyul 2020 06:52 (UTC +04:00)

Dünyanın müxtəlif ölkələrindən olan “Twitteristifadəçiləri İlon Mask, Bill Qeyts, Ceff Bezos və digər zəngin insanların sosial şəbəkə hesablarını sındıran dələduzlara 55 min dollardan çox (təxminən 6 bitkoin) pul qazandırıblar.

APA xəbər verir ki, bu barədə “Breaking News” məlumat yayıb.

Məlumata görə, hakerlər iş adamlarının səhifələrində istifadəçilərin qeyd edilmiş bitkoin cüzdanına göndərəcəkləri pulları iki qat artıracaqları barədə bildirişlər yerləşdiriblər.

Bildirilir ki, hazırda İ.Mask hesabı üzərində nəzarəti geri qaytara bilib və bütün yalançı mesajlar silinib.

Hesabların kütləvi şəkildə sındırılmasının səbəbləri hələ ki müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR