İlon Mask yenidən ən varlı insanların siyahısına başçılıq edir

İlon Mask yenidən ən varlı insanların siyahısına başçılıq edir
# 19 fevral 2021 04:14 (UTC +04:00)

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosa qısa müddət ərzində dünyanın ən varlı adamı adını qazandıran “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask milyarderlər siyahısında yenidən önə keçib.

APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “SpaceX” şirkətinin qiymətli kağızlarının növbəti yerləşdirilməsindən sonra Maskın sərvəti 199,9 milyard dollar olaraq qiymətləndirilib. Bezosun hesabı isə 194,2 milyard müəyyən olunub.

C.Bezos 2017-ci ildən 2021-ci il yanvarın 7-dək dünyanın ən zəngin adamı hesab edilirdi, yanvarın 7-dən isə İ.Mask onu bu pillədən salıb.

Bu həftə “Tesla”nın səhmlərinin qiymətinin düşməsindən sonra “Amazon”un qurucusu qısa müddət ərzində ən varlı adama çevrilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR