KİV: Vaşinqtonda baş verən iğtişaşlar zamanı bir polis əməkdaşı ölüb

KİV: Vaşinqtonda baş verən iğtişaşlar zamanı bir polis əməkdaşı ölüb
# 08 yanvar 2021 07:14 (UTC +04:00)

Vaşinqtonun mərkəzində baş vermiş iğtişaşlar zamanı bir polis əməkdaşı ölüb.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, onun “iğtişaşlar zamanı aldığı xəsarətlərdən öldüyü” bildirilir. Digər təfərrüatlar hələlik açıqlanmır.

“Associated Press”in məlumatına görə, Kapitoli polisinin rəisi Stiven Sand ABŞ Konqresinin binasına edilən hücumla əlaqədar vəzifəsindən istefa verib.

Eyni zamanda, Kapitoli polis idarəsi Vaşinqtondakı iğtişaşlar zamanı bir polis əməkdaşının ölümü barədə məlumatı təkzib edib.

“Kapitoli polis məmurunun ölümü barədə KİV-də yayılan məlumatlar doğru deyil. Bir neçə zabit yaralanıb xəstəxanaya yerləşdirilsə də, onların arasında ölən olmayıb”, - idarənin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR