Kanadada kitabxanaya silahlı hücum edilib, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Kanadada kitabxanaya silahlı hücum edilib, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 28 mart 2021 07:44 (UTC +04:00)

Kanadanın Vankuver şəhərində kitabxanaya silahlı hücum olub.

APA xəbər verir ki, bu barədə yerli CBC telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 1 qadın ölüb, 6 nəfər bıçaqlanıb.

Cinayətkar polis tərəfindən saxlanılıb. Onun şəxsiyyəti açıqlanmayıb.

Kanadanın Baş naziri Castin Tryudo ölən şəxsin ailəsinə başsağlığı verib.

Hadisənin motivləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR