Meksika "Pfizer" və "BioNTech"in peyvəndini təsdiqləyib

Meksika "Pfizer" və "BioNTech"in peyvəndini təsdiqləyib
# 12 dekabr 2020 11:42 (UTC +04:00)

Meksikadakı "Cofepris" sağlamlığa nəzarət agentliyi təcili olaraq “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verib.

APA-nın "Kommersant"a istinadən verdiyi məlumata görə, bunu Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell deyib.

"Sağlamlığa nəzarət agentliyi COVID-19-un qarşısını almaq məqsədilə "Pfizer" və "BioNTech"in "SARS-CoV-2" virusa qarşı peyvəndinin təcili istifadəsinə icazə verib", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, COVID-19 pandemiyası başladığı gündən bu yana Meksikada 1,2 mln. insan sözügedən virusa yoluxub, 112 min nəfər ölüb, 904 min nəfər sağalıb.

Xatırladaq ki, bundan öncə peyvəndlərin ölkələrində istifadəsinə Böyük Britaniya, Bəhreyn, Kanada və ABŞ-da icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR