Milyonlarla ABŞ vətəndaşı işsizlik müavinəti ala bilməyib

Milyonlarla ABŞ vətəndaşı işsizlik müavinəti ala bilməyib
# 26 dekabr 2020 13:06 (UTC +04:00)

COVID-19 pandemiyası fonunda Donald Trampın 2,3 trln. dollarlıq maliyyə yardımı paketi haqqında qanunu imzalamaqdan imtina etməsindən sonra, milyonlarla ABŞ vətəndaşına işsizlik müavinətlərinin ödənilməsi bu gündən dayandırılıb.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, D. Tramp bu qərarı ilə sözügedən paketin insanlara real kömək göstərə bilməyəcəyinə öz etirazını bildirib.

ABŞ-ın Əmək Departamentinin məlumatına əsasən, paketin imzalanmadığı halda 14 mln. ABŞ vətəndaşı əlavə müavinətlərsiz qala bilər.

Qeyd edək ki, bir çox iqtisadçılar qanun layihəsinin nəzərdə tutduğu köməyin çox aşağı olduğunu qəbul etsə də, dərhal reallaşdırıla biləcək dəstəyə ehtiyac olduğunu bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR