Pompeo Brüsselə səfər edəcək

Pompeo Brüsselə səfər edəcək
  • Clock-gray 10:18
  • calendar-gray 12 Yanvar 2021

ABŞ Dövlət katibi Mayk Pompeo Brüsselə səfər edəcək.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, səfər 13-14 yanvarda baş tutacaq.

ABŞ Dövlət katibi səfəri çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberq, Belçika Baş nazirinin müavini və xarici işlər naziri Sofi Vilmeslə görüşəcək.

Qeyd edək ki, bu, M. Pompeonun Dövlət katibi kimi Avropa regionuna son səfəri olacaq.

Zümrüd Paşkin

Digər xəbərlər