Rio-de-Janeyro qubernatorunda koronavirus aşkarlanıb

Rio-de-Janeyro qubernatorunda koronavirus aşkarlanıb
# 15 aprel 2020 02:32 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərinin qubernatoru Uilson Uitsel koronavirusa yoluxub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında paylaşım edib.

“Cümə günündən bəri özümü yaxşı hiss etmədiyimi bildirmək istəyirəm. COVID-19 testindən keçmək istədim və bu gün müsbət nəticə əldə etdim”, - deyə Uitsel bildirib.

Qubernator “məhdudiyyətlərə və həkim tövsiyələrinə riayət etməklə” yaşayış yerindən işinə davam edəcəyini deyib: “Bu çətinliklərin öhdəsindən gələcəyimə əminəm”.

Əyalət rəhbəri sakinləri evdə qalmağa və ictimai məsafə tədbirlərinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Braziliyada ilk koronavirus infeksiyasına yoluxma fevralın 26-da San-Pauloda qeydə alınıb. Bu günə qədər ölkədə 25,2 mindən çox yoluxma aşkarlanıb, 1,5 mindən çox adam virusdan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR