Tramp ən azı bir Demokrat senatorun impiçment əleyhinə səs verməsini istəyir

Tramp ən azı bir Demokrat senatorun impiçment əleyhinə səs verməsini istəyir
  • Clock-gray 07:36
  • calendar-gray 27 Yanvar 2020

 

ABŞ Prezidenti Donald Tramp ölkənin qanunverici orqanının yuxarı palatasında keçirilən impiçment məhkəməsində dövlət başçısının vəzifədən alınmasına qarşı səs verən ən azı bir Demokrat senatorun dəstəyini almaq istəyir. 

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Tramp, ABŞ Nümayəndələr Palatasından üç demokratın keçən il impiçment əleyhinə səs verməsi ilə xüsusilə qürur duyub.

"Hazırda ABŞ lideri Senatdan ən azı bir demokratın bəraət hökmünü dəstəkləməsini istəyir. Ağ Evdə ən çox ehtimal olunan namizəd Qərbi Virciniyadan olan Co Mançindir", - nəşr yazır.

 

Rəşad Sarıyev

Digər xəbərlər