Trampın sabiq müşaviri dələduzluqda ittiham olunaraq həbs edilib

Trampın sabiq müşaviri dələduzluqda ittiham olunaraq həbs edilib
# 20 avqust 2020 18:03 (UTC +04:00)
ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri və Ağ Evin baş strateqi hesab olunan Steve Bannon dələduzluq ittihamı ilə həbs olunub.
APA-nın "CNBC" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bannon üç şəriki ilə birlikdə saxlanılıb.
Məlumata görə, Bannon və digərləri ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə "Biz Divar Tikirik" kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR