Kanadada silahlı şəxs şirkət binasında 2 nəfəri yaralayıb

Kanadada silahlı şəxs şirkət binasında 2 nəfəri yaralayıb
# 15 noyabr 2019 07:05 (UTC +04:00)

Kanadanın Toronto şəhərinin şimalında yerləşən bir ticarət şirkətinin binasında silahlı insident zamanı iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə cümə axşamı "Global News" kanalı məlumat yayıb.

Polisdən verilən məlumata görə, naməlum şəxs yerli vaxtla təxminən 10:30-da binaya daxil olub və atəş açmağa başlayıb. Nəticədə iki nəfər xəsarət alıb. Onlardan biri ağır vəziyyətdə xəstəxanaya aparılıb, ikincisi yüngül xəsarət alıb.

Hüquq-mühafizə orqanları hazırda cinayətkarı axtarır. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR