ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
# 23 iyun 2022 06:58 (UTC +04:00)

ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində “Bell UH-1B” tipli helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli WYMT telekanalı məlumat yayıb.

Bildirilib ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb.

Hadisə ilə əlaqədar magistral yol bağlanıb.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR