ABŞ-da yanğın çox sayda villanı məhv edib

 ABŞ-da yanğın çox sayda villanı məhv edib
# 13 may 2022 08:21 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları ciddi dağıntıya səbəb olub.

APA-nın xəbərinə görə, meşəlik ərazidə başlayan yanğın qısa müddətdə sahil zonasına keçib.

Küləyin təsiri ilə şiddətlənən yanğın 20-dən çox lüks villanı məhv edib. Yanğın nəticəsində 80 hektardan çox yaşıllıq məhv olub. ərazidən minədək sakin təxliyə edilib. Mütəxəssislər bildirirlər ki, bu ərazidəki ən ucuz villanın dəyəri 1 milyon dollardan yuxarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR