ABŞ İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə 2 mindən çox "Kalaşnikov" aparan gəmini saxlayıb

AK-74

© APA | AK-74

# 10 yanvar 2023 17:58 (UTC +04:00)

İrandan Yəmənə qaçaqmalçılıq yolu ilə silah aparan gəmi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.

Bəyanatda deyilir ki, saxlanılan balıqçı gəmisində 2 116 ədəd AK-47 avtomat silahı olub.

Həmçinin qeyd olunub ki, saxlanılan gəmi husilərə silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutla hərəkət edib və heyəti 6 nəfərdən ibarət olub.

Pentaqondan onu da əlavə ediblər ki, ötən ilin son ayında ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində qanunsuz olaraq daşınmasına cəhd edilən 50 tondan çox silah-sursat aşkar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR