ABŞ və Polşa müdafiə nazirlərinin telefon danışığı olub

ABŞ və Polşa müdafiə nazirlərinin telefon danışığı olub
# 16 noyabr 2022 09:15 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Ostin və Polşa müdafiə naziri Mariuş Blaşzak arasında da telefon danışığı olub.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər NATO-nun şərq cinahı boyunca mövcud təhlükəsizlik vəziyyətini, həmçinin Polşa ərazisinə raket zərbəsi endirilməsi ilə bağlı xəbərləri müzakirə ediblər.

Lloyd Ostin polşalı həmkarını ABŞ-ın Polşanı müdafiə etmək öhdəliyinə və Müdafiə Nazirliyinin Polşaya insidentlə bağlı istənilən təhqiqatda yardım etməyə hazır olduğuna əmin edib: "Tərəflər növbəti addımlar üçün NATO müttəfiqləri ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR