Ağ Ev: Soledar və Baxmutda şiddətli döyüşlər davam edir

Ağ Ev: Soledar və Baxmutda şiddətli döyüşlər davam edir
# 19 yanvar 2023 05:36 (UTC +04:00)

Donetsk vilayətinin Soledar və Baxmut bölgələrində şiddətli döyüşlər davam edir. Rus qoşunları bu şəhərlərin heç birinə tam nəzarət edə bilmir.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Sizə deyim ki, bu səhərdən etibarən biz onların hər iki şəhəri faktiki olaraq birtərəfli qaydada ələ keçirdiklərini hesab etmirik”, – Kirbi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR