Bayden: "20 ölkə miqrasiya ilə bağlı bəyannaməni dəstəkləyib"

Co Bayden

© APA | Co Bayden

# 11 iyun 2022 03:09 (UTC +04:00)

Amerika sammitində iştirak edən 20 ölkə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün tədbirlər kompleksini nəzərdə tutan bəyannaməni dəstəkləyib.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Los-Ancelesdə (Kaliforniya) keçirilən tədbirdə çıxış edərkən deyib.

O gələcəkdə bu ölkələrin sayının artacağına ümid edir. Bayden bildirib ki, bu bəyannamə Amerikada miqrasiyaya qarşı münasibəti dəyişdirir.

Amerika sammiti 30-dan çox ölkənin iştirakı ilə keçirilir. Bu il forum ABŞ tərəfindən təşkil olunub. Kuba, Nikaraqua və Venesuela nümayəndə heyətləri görüşə dəvət edilməyib.

Meksika və bir sıra digər Latın Amerikası ölkələrinin liderləri sammitdə iştirakdan imtina etmək qərarına gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR