Bayden Netanyahu ilə danışıb: “Bu, sivil dünyaya hücumdur”

Bayden Netanyahu  ilə danışıb: “Bu, sivil dünyaya hücumdur”
# 28 yanvar 2023 06:19 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasına telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Co Bayden Yerusəlimdə sinaqoq yaxınlığındakı terror aktı ilə bağlı İsrailə lazımi yardımı göstərməyə hazır olduğunu deyib.

“Prezident aydın şəkildə bildirdi ki, bu, sivil dünyaya hücumdur. Prezident ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulayıb. Onun komandasının israilli həmkarları ilə daim əlaqə saxlayacağına söz verdi”, - deyə Ağ Evdən qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR