BMT Putinlə Bayden arasında baş tutan telefon danışığını müsbət qiymətləndirib

BMT-nin inzibati binası

© APA | BMT-nin inzibati binası

# 31 dekabr 2021 05:22 (UTC +04:00)

BMT baş katibinin rəsmi nümayəndəsinin köməkçisi Florens Soto Nino dekabrın 30-dan 31-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığını şərh edib.

APA-nın məlumatına görə, Florens Soto Nino sözügedən danışığı müsbət qiymətləndirib.

“Biz həmişə BMT-yə üzv dövlətlər arasında dialoqu alqışlayırıq”, deyə BMT rəsmisi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Kreml Rusiya və ABŞ prezidentləri arasında dialoqun hər iki tərəf üçün faydalı olduğuna dair fikirlər səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR