CNN: ABŞ Ukraynaya radar əleyhinə raketlər verib

CNN: ABŞ Ukraynaya radar əleyhinə raketlər verib
# 09 avqust 2022 05:39 (UTC +04:00)

Pentaqon Ukrayna təyyarələri üçün radar əleyhinə raketlər verib.

APA-nın xəbərinə görə, bu barədə CNN televiziyası məlumat yayıb.

ABŞ-ın müdafiə nazirinin müavini Kolin Kal bildirib ki, Pentaqon Ukraynaya “müəyyən miqdarda” belə raketlər verib. Raketlərin ABŞ-ın Kiyevə yardımı çərçivəsində verildiyini deyən Kal, onların modeli, miqdarı və verilmə vaxtını açıqlamayıb.

Digər mənbələr CNN-ə bildirib ki, söhbət AGM-88 (HARM) tipli yüksək sürətli raketlərdən gedir. 48 km məsafədən hədəfi vura bilən raketlər RLS sistemlərinə qarşı tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR